İnzibati işlər üzrə mütəxəssis (Ağcabədi filialı)

Category: - Администрация

SubCategory: - Административный ассистент

“Vijn Fond AzərKredit” MMC
20 апреля / 30 апреля
Job Type:
Education: Bachelor
Experience: 1 - 2 years
Salary: N/A
ContactPerson: N/A
Contact Email: hr@azercredit.az
Contact Phone: N/A
Duty Station: Агджабеди
Languages: Azərbaycan dili
DriverLicense: N/A
Business Trips: N/A

“Vijn Fond AzərKredit” MMC İnzibati işlər üzrə mütəxəssis (Ağcabədi filialı) vəzifəsinə işçi qəbulunu elan edir.

“Vijn Fond AzərKredit” MMC (VF AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük BOKT-larından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

İş yeri VF AzərKredit təşkilatının Ağcabədi filialında olacaq.

Əsas vəzifə və öhdəlikləri:

  • Telefon və faks vasitəsilə aparılan əlaqələndirmə işlərini həyata keçirmək;
  • Müştəriləri filialda qarşılamaq və lazımi məlumat vermək;
  • İşə davamiyyət cədvəlini və tələb olunan digər hesabatları hazırlamaq;
  • Müştəri məlumatlarını toplamaq və sənədlərinin qovluqlarda saxlanılmasını təmin etmək;
  • Ofis təchizatını idarə etmək;
  • Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
  • Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
  • Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədlər ixtisaslaşmabilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

  • Ali təhsil dərəcəsi;
  • Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
  • Kompüterdə (Outlook, MS Word, Excel) sərbəst işləmək, məlumat bazası ilə işləmək bacarığı;
  • Təşəbbüskarlıq, səmimiyyət, dözümlülük kimi müsbət göstəricilərə malik olmaq;
  • Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
  • Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik.

 

Maraqlı namizədlərdən xahiş olunur ki, CV-ni və ya VF AzərKredit-in iş üçün anket formasını dolduraraq 30 Aprel 2017-cı il tarixinədək e-mail (hr@azercredit.az) və ya faks vasitəsilə (+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘İnzibati işlər üzrə mütəxəssis (Ağcabədi filialı)’’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: hr@azercredit.az                   Fax: (+994 12) 597 30 39                                   

www.azercredit.az