Mal material üzrə mühasib

Category: - Бухгалтерия / Финансы

SubCategory: - Бухгалтер (Общий)

Bakelektro ASC
13 апреля / 13 мая
Job Type:
Education: Bachelor
Experience: 3 - 5 years
Salary: N/A
ContactPerson: N/A
Contact Email: hr@bakelektro.az
Contact Phone: N/A
Duty Station: Баку
Languages: English / Русский / Azərbaycan dili
DriverLicense: N/A
Business Trips: N/A
Mal material üzrə mühasib 
 
İş barədə məlumat:
  • Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparır, mal-materialların faktiki maya dəyərini hesablayır.
  • Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin edir, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlayır,  uyğunsuzluq hallar aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin edir.
  • Layihələr üzrə görülmüş işlərin təhvil-təslim aktı sənədlərini cavabdeh şəxslərdən qəbul edib akta əsasən layihə anbarından mal-material silgisini həyata keçirir.
  • Dövri olaraq layihə anbarlarının mal-material qalıqlarını  müvafiq layihələr üzrə cavabdeh şəxslərlə təsdiq edir.
  • Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi  və silgisi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlayır və nəzarət edir.
  • Mal-material alışı ilə bağlı hesabatların  düzgün və vaxtında tərtib və təqdim  olunmasını təmin edir.
  • Mal-materialların hərəkətinə dair məlumatlarını mühasibat proqramı (1c 8.2) bazasına əlavə edir. 
  • İlkin sənədlərini qəbul edir və onlara nəzarət edir.
  • Qaimələri, aktları tərtib edir.
  • Digər təşkilatlardan daxil olmuş sənədləri yoxlayır, müvafiq hesablar planına işlənməsini təmin edir.
  • Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.
  • Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
  • Müəssisənin kommersiya sirrinin saxlanmasını təmin etməlidir.
  • Müəssisənin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika  qaydalarına riayət edir.
  • Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət edir.
 
Namizədə tələblər:
  • Ali təhsil 
  • 1 C 8.2  proqramında sərbəst işləmək təcrübəsi
  • Müvafiq sahədə ən azı 3 (üç) il iş təcrübəsi;
  • Azərbaycan, Rus dillərində sərbəst bilmək (ingilis dili arzuolunandır);
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
 
Əmək haqqı kandidata uygun dəyişir. 
 
 
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
 
Maraqlananlar cv-lərini  hr@bakelektro.az  ünvanına göndərə bilərlər.