Marketinq Menecer

Category: - Менеджмент

SubCategory: - Маркетинг / Реклама

Collezione Italia
03 апреля / 03 мая
Job Type:
Education: Bachelor
Experience: 3 - 5 years
Salary: N/A
ContactPerson: N/A
Contact Email: hr@collezioneitalia.az
Contact Phone: N/A
Duty Station: Баку
Languages: English / Русский
DriverLicense: N/A
Business Trips: N/A

Collezione Italia hazırda Marketinq Menecer vəzifəsi üzrə işçi qəbulu elan edir.

Vəzifənin məqsədi:

  • VIP səviyyəli müştərilərin cəlb olunması və Həyat Tərzi (lifestyle) adlı brendin yaradılmasını nəzərdə tutan Marketinq və PR-tədbirlərin həyata keçirilməsi.

Namizədə dair əsas tələblər:

  • Yaş: 25-40;
  • İqtisadiyyat, marketinq, biznesin idarə olunması sahəsində ali təhsil.
  • Cins: qadın/kişi;
  • Lüks inşaat sahəsindəki brendləri (santexnika dəstləri, kafel/metlax və s., hamam aksesuarları, divar kağızı (oboy), pərdə, qəndil (lüstr), qab-qacaq) bilmək.
  • Azərbaycan, ingilis və rus dillərini mükəmməl səviyyədə bilmək;
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi (xüsusi ilə lüks məhsulları);
  • Ofis proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, Power Point, Outlook);
  • Səlist danışaraq təqdimatlar keçirmək bacarığı.
  • İxtisas, bilik və bacarıqlar:
  • Marketinq araşdırma və təhlilinin aparılması, büdcənin formalaşdırılması və layihələri idarə etmək biliklərinə malik olmalı;
  • Təhlillər apararaq hesabatların hazırlanması (Excel)
  • Təqdimatların keçirilməsi;
  • Danışıqların aparılması;
  • Biznes planın tərtib olunnması.

Əsas vəzifə və öhdəliklər:

  • Cilalı və biznes nəşriyyatları ilə əlaqələrin yaradılması və inkişaf etdirilməsi, nəşrlərin çap olunmasına dair təşəbbüslər;
  • Reklam və informasiya xarakterli mətnlərin hazırlanması – pres-reliz, məqalə, şirkətin saytı və sosial şəbəkələr üçün kontent;
  • Şirkətin lüks inşaat malları bazarında payının artırılması və brendlərin tanınması üçün səmərəli marketinq strategiyaları, plan və alətlərin hazırlanması və icrası;
  • Müxtəlif reklam kampaniyalarının təşkilinə və keçirilməsinə nəzarət etmək;
  • Bazar, müştəri məmnuniyyəti və rəqiblərin fəaliyyətinin araşdırılması, öyrənilməsi və yeni təkliflərin verilməsi;
  • Yeni məhsul və xidmətlərin yaradılması və mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi;
  • Mağaza və şourum-ların reklam və informasiya materialları ilə təmin olunması;
  • Bazara yeni çıxarılan lüks malların təbliği və təşviqi üzrə marketinq, PR və digər tədbirlərin idarə olunmması.

Şərtlər:

  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi üzrə imkan və perspektivlər;
  • Ödənişli əmək məzuniyyəti;
  • İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
  • Ay ərzində 4 gün istirahət;
  • İş qrafki: saat 10:00-dan 19:00-ra kimi;
  • Əmək müqaviləsi ilə rəsimləşdirmək.

 

Maraqlı namizədlərdən xahiş olunur ki, yalnız Azərbaycan dilində öz Portfolio (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu nəticələri) və şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketinq Menecer” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.