Satış üzrə Məsləhətçi

Category: - Продажи

SubCategory: - Консультант по продажам

Collezione Italia
03 апреля / 03 мая
Job Type: Full
Education: Bachelor
Experience: 2 - 3 years
Salary: N/A
ContactPerson: N/A
Contact Email: hr@collezioneitalia.az
Contact Phone: N/A
Duty Station: Баку
Languages: English / Русский / Azərbaycan dili
DriverLicense: N/A
Business Trips: N/A

Satış üzrə Məsləhətçi (Sektorlar: QAPI / PARKET)

Namizədə dair əsas tələblər:

  • Yaş: 22-40;
  • Təhsil: Ali
  • Cins: qadın/kişi;
  • Gözəl xarici görkəmə malik olmaq;
  • Özünə məxsus tərzə malik olmaq;
  • QAPI / PARKET sahəsindəki brendləri bilmək;
  • VACİB: QAPI / PARKET sahələrində uğurlu satışında ən azı 2 illik iş təcrübəsinə malik olmaq;
  • Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (ingilis dilini bilmək arzu olunandır);
  • Müştəri-yönümlü yanaşma;
  • Mükəmməl ünsiyyət qurmaq bacarıqları.

Qeyd: Hansı namizədlərə üstünlük veriləcək?

  • Müştərilər bazasına malik olan;
  • Satış, marketinq və lüks / premium seqmentləri sahəsində təcrübəli olanlara;
  • Satış, marketinq sahəsində təlim keçmiş və sertifikat almış.

Əsas vəzifə və öhdəliklər:

  • Müştəriləri lyuks xidmətlə təmin etmək;
  • Müştərilərə məhsullar və məhsulların çeşidləri, kampaniyalar və yeni kolleksiyalar haqqında təqdimatlar aprmaq və məsləhətlər vermək;
  • Müştərilərə məhsulların seçimində köməklik göstərmək;
  • Şirkətin peşəkar imicinin həm mağazada, həm də ki, mağaza hüdudlarının kənarında yüksək səviyyədə qoruyub-saxlamaq;

Şərtlər:

  • Ödənişli əmək məzuniyyəti;
  • Ay ərzində 4 gün istirahət;
  • Şirkət hesabına nahar yeməyi;
  • Korporativ telefon nömrəsi;
  • Əmək müqaviləsi ilə rəsimləşdirmək;
  • Satışlara görə bonus və mükafatlar.

 

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-Portfolio-larını (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu satışın nəticələri) e-mailin mövzu hissəsində "QAPI / PARKET: Satış üzrə Məsləhətçi" sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.