Elektronçu

Category: - Рабочий / Ремонт / Установка

SubCategory: - Электрик

Holiday Inn Baku
30 марта / 30 апреля
Job Type:
Education: Bachelor
Experience: 2 - 3 years
Salary: N/A
ContactPerson: N/A
Contact Email: cv@hi-baku.com
Contact Phone: N/A
Duty Station: Баку
Languages: N/A
DriverLicense: N/A
Business Trips: N/A
İşəgötürən: Holiday inn Hotel Baku
 
Şöbə: Texniki
 
Vəzifə: Elektronçu
 
Ümumi müddəalar:
  • Elektronçu vəzifəsinə ali təhsilə malik olan ən azı üç il iş stajı olan şəxs təyin oluna bilər.
  • Öz işində elektronçu əmrləri, təlimatları və baş mühəndisin sərəncamlarını rəhbər tutur.
  • Elektronçu bilməlidir:
  • avadanlığın iş rejimlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və onun texniki
  • istismarının qaydalarını;
  • informasiyanın avtomatik emalı texnologiyasını;
  • texniki məlumat daşıyıcılarının növləri;
  • standart proqramlar və komandalar;
  • riyazi təminatın və proqramlaşdırmanın əsasları;
  • təmir xidmətinin təşkilini;
  • elektron qurğuların təhlükəsiz xidmətinin qaydaları;
  • normativ hüquq aktları, elektron qurğuların və elektron avadanlığının təmiri üzrə metodik materialları və sənədlərı;
  • yanğına qarşı müdafiənin vasitələrin istifadəsinin qaydaları;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları və normaları;
  • təcili tibbi yardımın göstərilməsi metodları;
Elektronçu vəzifələri
  • Baş mühəndisin xidməti tapşırıqlarını yerinə yetirməlidir.
  • Elektron avadanlıqlarının istismarının yaxşılaşdırılmasına dair təklifləri irəli sürmək.Elektron avadanlıqlarının səmərəli və effektiv işlətməsinə nəzarət etmək.
  • Bəzi elektron qurğularının texniki baxışını yerinə yetirmək,avadanlıqlarda quraşdırılan elektron elementlərinin parametrlərinə nəzarət etməlidir,əgər nasazlıq aşkar olunubsa dərhal departament rəhbərinə xəbər verməlidir,və onu aradan qaldırmağa çalışmalıdır.
  • Bəzi elektron avadanlıqlarının profilaktiki və orta təmirini yerinə yetirməyə bacarmalıdır.
  • Təmir işlərini vaxtında və keyfiyyətli yerinə yetirmək .
  • Sıradan çıxmış elektron avadanlıqlarının əsaslı təmirindən sonra onu qəbul etməli,yoxlamalı və rəyini bildirməlidir.
  • Sıradan çıxmış elektron avadanlıqlarının təmirini təmin etmək üçün tələb olunan ehtiyyat hissələrinə dair sifarişlər tərtib etməlidir.
  • Otelin otaqlarında yerləşən qonaqlara tələb olunduqda DVD-nin və ya oyun kompüterinin qoşulmasında kömək etməlidir
  • Əmək intizamının və qaydalarının, yanğın təhlükəsizliyinin, texniki təhlükəsizlik qaydalarına və əməyin qorunmasının normalarına riayət edmək.
  • Estetik normalara və tələblərə uyğun davranmaq.
  • Otelin müştəriləri ilə xoş rəftar etməlidir.
  • Zərurət yarandıqda konfranslar və digər tədbirlər zaman növbətçi mühəndisə kömək
 
 CV-ləri Mühəndis-elektronçu mövzusu ilə cv@hi-baku.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.