Polad Boru istehsalı üzrə Mühəndis

Category: - Производство

SubCategory: - Другое

Unimetal
09 марта / 09 апреля
Job Type:
Education: Bachelor
Experience: 5 - 7 years
Salary: N/A
ContactPerson: N/A
Contact Email: hr@unimetal.az
Contact Phone: N/A
Duty Station: Баку
Languages: N/A
DriverLicense: N/A
Business Trips: N/A

Polad Boru istehsalı üzrə Mühəndis

İş yeri: Bakı şəhəri, Mehdibad qəsəbəsi

Maaş: 1000-1300 AZN

İş rejimi: 1-6 günlər (Nahar şirkət tərəfindən verilir)

  • Dəmir-Polad borular, profillər, şvellerlər, künclüklər və  s. məhsullar ilə bağlı günlük istehsalat prosesinin planlaşdırılmasını həyata keçirmək, istehsalat planı tərtib etmək, zavodda aparılan texnoloji proseslərə, istehsalat sahələrinin xammal və materillarla təchizatının təmin edilməsinə nəzarət etmək
  • Dəmir-Polad boruların, profillərin, şvellerlərin, künclüklərin və  s. istehsal olunması sahələrində texnoloji prosesin tənzimlənməsi ilə əlaqədar ortaya çıxan məsələlərin operativ həll edilməsi üçün əlaqələndirici işləri yerinə yetirmək, istehsalat sahələrində baş verə biləcək qəza hallarının, nasazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görmək
  • İstehsalat sahələrində müəyyən edilmiş çeşiddə və növdə məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək və  bir başa buna rəhbərlik etmək
  • Zavodda istehsalat istehsalat prosesində bir başa fəaliyyət göstərən işçilərin (fəhlələr, operatorlar, ustalar, kran sürücüləri, lojistik işçilər) iş prosesinə nəzarət etmk, işçilərin növbə cədvəllərinin düzgün tərtib edilməsinə nəzarət etmək
  • Zavodda yeni dəzgah və ya avadanlığın quraşdırılması,  cari təmir işlərinin aparılması, ehtiyat hissə bazasının yaradılması, təmirə ehtiyac duyulan hissələrin müəyyən edilib vaxtında təmir edilməsi, dəzgaharın təmir və ya yenisi ilə əvəz olunmasına dair rəy verilməsi və təmir işlərinin icrasına cavabdehlik daşımaq, bir başa direktora həftəlik (ehtiyac duyulduqda günlük) hesabatlar tərtib edib vermək
  • İstehsal olunan malların standartlara uyğun ölçüyə, həcmə, keyfiyyətə uyğun istehsal olunmasına nəzarət etmək və bir başa istehsalat prosesinə cavabdeh olmaq
  • İşçilərə mütamadi texniki təhlükəsizlik qaydaları izah etmək, dəzgah və  avadanlıqlardan təhlükəsiz şəkildə idarə edilməsi qaydaları haqqında işçiləri maarifləndirmək, təlimlər təşkil etmək
  • İstehsalat prosesi ilə bağlı bütün sahələrdə rəhbərliyə hesabat vermək


Namizədə tələblər

  • Polad, Dəmir məmulatlarının istehsalatı sahəsundə İstehsalat Mühəndisi kimi minimum 5 illik təcrübəyə malik olmaq
  • İstehsalat sahəsində ali və  ya orta texniki peşə təhsili (istehsalat mühəndisliyi sahəsində təhsilli olmaq məqsədə daha uyğundur)
  • Dəzgah və  avadanlıqlarda təmir bərpa işlərinə nəzarət etmək üçün mexaniki-texniki  bilik və  bacaqrıqları olmaq;
  • Hesabatlar hazırlamaq, akt tərtib etmək bacarıqları, MS office proqramlarını bilməsi
  • Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı müdafiə üzrə qaydalara bələd olması.
  • Dəqiqlik, analitiklik qabiliyyət

Xahiş edirik namizədlər öz CV-ni hr@unimetal.az  mail ünvana mövzu yerinə " Polad Boru istehsalı üzrə Mühəndis" qeyd etmekle göndərsinlər. Telefon ilə əlaqə saxlanılmasın, uyğun namizədlər ilə tərəfimizdən əlaqə saxlanılacaqdır.