Art Direktor

Category: - Креатив / Дизайн

SubCategory: - Креативный директор

Collezione Italia
11 января / 11 февраля
Job Type:
Education:
Experience:
Salary: N/A
ContactPerson: N/A
Contact Email: hr@collezioneitalia.az
Contact Phone: N/A
Duty Station: Баку
Languages: N/A
DriverLicense: N/A
Business Trips: N/A

Collezione Italia Azərbaycanda vüsət alaraq geniş yayılmış sahələrindən biri kimi qəbul edilən lyuks inşaat məshullarının satışını təşkil edən nüfuzlu nümayəndələrindən birincisidir. Collezione Italia lyuks sektorunda fəaliyyət göstərərək müştərilərinə Avropanın ən nüfuzlu brendlərini idxal edərək xidmət göstərir. Collezione Italia hazırda Art Direktor vəzifəsi üzrə işçi qəbulu elan edir.

Namizədə dair əsas tələblər:

  • Təhsil: Ali (Dizayn və Memarlıq sahəsində) Maqistr dərəcəsi üstün tutulur
  • İş təcrübəsi: Aparıcı şirkətlərdə 5 ildən yuxarı idarəetmə təcrübəsi (Dizayn və memarlıq sahəsində çalışanlara üstünlük veriləcək, lüks mallar satışı sahəsində təcrübəli olanlara əlavə üstünlük veriləcək)
  • Təlim və sertifikasiya: Dizayn və Memarlıq sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir

İxtisas, bilik və bacarıqlar:

  • Şəxsi keyfiyyətlər: Peşəkar etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı, vicdanlılıq və ədalətlilik prinsipini əsas tutmaq;
  • Azərbaycan, rus, ingilis dillərində sərbəst, danışıq və yazma;
  • MS Word, MS Excel, MS Power Point, 2D və 3D formatlı proqramlarda işləmə (Corel Draw, 3DMax, Autocad və s.)
  • Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək;
  • Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək;
  • Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir;

Əsas vəzifə və öhdəliklər:

1.     Müştəri tələblərinin təyin edilməsi və dəqiqləşdirilməsi:

  • Strukturun müştəri tələblərinin dəqiq müəyyən edilməsi üçün hazırlanması;
  • Müştərilər ilə ilkin görüşün təşkili, ehtiyacının öyrənilməsi, tələblərin düzgün izah edilməsi üçün müxtəlif nümunələrin təqdim edilməsi, tələblərin dəqiqləşdirilməsi və yazılı şəkildə alınması, ehtiyac olduğu halda müştərinin evinin, iş yerinin ziyarət edilməsinin təşkili.

2.     2D, 3D və videoçarx formatda layihələrin hazırlanması:

  • Müştəri tələbinə uyğun görüntülərin hazırlanması
  • Hazırlanan görüntülərin texniki tələblərə uyğun olmasının təmin edilməsi, lazım olduğu təqdirdə dinamik olmasının təşkili;
  • Hazırlanan eskizlərin düzgün sənədləşdirilməsi.

 

3.     Təkliflərin müştəri ilə razılaşdırılması:

  • Hazırlanan layihələrin müştəri ilə müzakirəsinin təşkili;
  • Layihənin hazırlanmasında işin gedişatını müştəriyə düzgün izah edilməsi;
  • Aksesuar seçimində tövsiyyələrin verilməsi;
  • Son razılaşmanın sənədləşdirilməsi.

4.İşin icrasına nəzarət:

  • Razılaşdırılmış dizayn üslubuna uyğun işlərin planlaşdırılması;
  • Ehtiyac olduğu təqdirdə kənar sub-podratçıların dəvət edilməsi;
  • İşlərin gedişatına nəzarətin təşkili;
  • İcra edilən işlərə keyfiyyət nəzarətinin təşkili;
  • İşlərin yekunlaşdırılması, sənədləşdilməsi və müştəriyə təhvilinin təşkil edilməsi.

5. Dizayn və memarlıq sahəsində inzibatçılıq:

  • Dizayn və memarlıq strukturunun idarə edilməsini təmin etmək;
  • Öz sahəsində biznes proses və prosedurların hazırlanması;
  • Öz sahəsində inzibatçılığın təşkili və idarə edilməsi;
  • Hazırlanan və icra edilən dizaynlara ciddi nəzarət sisteminin təşkili.

Şərtlər:

  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Şirkət daxilində peşəkar inkişaf üzrə bilik və bacarıqları təkminləşdirəcək təlimlər;
  • Karyera yüksəlişi üzrə imkan və perspektivlər;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
  • İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
  • Ödənişli əmək məzuniyyəti;
  • Ay ərzində 4 gün istirahət;
  • Həftədə 6 gün, 8 saatlıq iş rejimi;
  • Əmək müqaviləsi ilə rəsimləşdirmək;
  • İş yeri əsasən ofisdə;
  • Tabeçilik: Rəhbərliyə.

 

Maraqlı namizədlərdən xahiş olunur ki, öz şəkilli CV-Portfolio-larını (əvvəlki iş yerlərində əldə etdikləri uğurlu nəticələri) e-mailin mövzu hissəsində Art Direktor” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.